...

AQTA bəzi çörək istehsalı müəssisələrində nöqsanlar aşkarlayıb

Cəmiyyət Materials 3 Aprel 2023 09:54 (UTC +04:00)
AQTA bəzi çörək istehsalı müəssisələrində nöqsanlar aşkarlayıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın təmin edilməsi məqsədilə mövcud problemlərin, o cümlədən baş verən zəhərlənmə hallarının və daxil olan istehlakçı şikayətlərinə əsasən, məlumat bazasının təhlili nəticəsində bu sahədəki bir sıra nöqsanların müəyyənləşdirilərək müvafiq addımların atılmasına dair hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir.

AQTA-dan Trend-ə verilən məlumata görə, planın icrası çərçivəsində respublika ərazisində fəaliyyət göstərən çörək istehsalı müəssisələrində istehsal olunan, habelə ölkəyə idxal edilən çörək məmulatlarından nümunələr götürülərək müayinələrin aparılması üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Belə ki, cari dövr ərzində 103-ü yerli və 5-i idxal edilən məhsul olmaqla, ümumilikdə 108 nümunə götürülüb. Bunlardan 86-sı buğda, 22-si çovdar unundan hazırlanmış çörəklər olub. Nümunələrin sınaq nəticəsinə əsasən, 97 məhsul qida sahəsində normativ sənədlərin tələblərinə cavab verib. 11 müxtəlif istehsalçıya məxsus eyni sayda çörəklərdə isə uyğunsuzluqlar (kif və maya göbələkləri) aşkarlanıb.

Aşkar olunmuş uyğunsuzluqlarla bağlı 11 müəssisədə keçirilmiş plandankənar yoxlamalar zamanı 2 müəssisədə yoxlamanın nəticəsi qənaətbəxş olub. 9 müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı 47 nöqsan aşkar edilib. Həmin nöqsanlarla bağlı inzibati protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Sözügedən müəssisələrdən 3-də ciddi pozuntular aşkar edildiyinə görə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Laborator nəticələri uyğunsuz olan çörək istehsalçıları barədə məlumatlar aşağıdakı kimidir:

Müəssisə

Ünvan

1

"Magnat Group" MMC

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, İ.Dadaşov küçəsi, ev 68a

2

Fiziki şəxs Yusubova Təhminə Yusub qızı

Abşeron rayonu, Məhəmmədi kəndi

3

Fiziki şəxs Süleymanlı Süleyman Dadaş oğlu

Cəlilabad şəhəri, S.Vurğun küçəsi 30

4

Fiziki şəxs Hacıyev Fazil

Bəhlul oğlu

Cəlilabad şəhəri, S.Vurğun küçəsi 7

5

Fiziki şəxs Rəcəbov Qurban

Malik oğlu

Lənkəran şəhəri, H. Abdullayeva küçəsi 27

6

Fiziki şəxs İbrahimova Qəribə Rüstəm qızı

Gəncə şəhəri, N.Nərimanov küçəsi 54

7

“Arizoğlu” MMC

Gəncə şəhəri, 1-ci mkr

8

“Beyləqan Taxıl” ASC-nin çörək bişirmə müəssisəsi

Füzuli rayonu, Horadiz şəhəri

9

"Bərdə-Çörək" ASC

Bərdə rayonu, S.Vurğun küçəsi 18

10

Fiziki şəxs Məmmədova

Arzu Nəsir qızı

Bərdə rayonu, M.Ə.Sabir və H.Aslanov

küçələrinin kəsişməsi

11

Əhmədov Elnur Namizəd oğlu

Yevlax şəhəri, H.Əliyev prospekti 101

AQTA qeyd edir ki, laborator nəticələri uyğunsuz olan çörək məhsullarının istifadəyə yararlılığı qida təhlükəsizliyi baxımından məqsədəuyğun hesab edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti