...

"Azneft" dairəsinə gedən avtobusların hərəkət istiqaməti dəyişdiriləcək

Cəmiyyət Materials 7 Aprel 2023 11:57 (UTC +04:00)
"Azneft" dairəsinə gedən avtobusların hərəkət istiqaməti dəyişdiriləcək
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

"Azneft" dairəsinə gedən avtobusların hərəkət istiqaməti dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri ilə əlaqədar olaraq bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq.

Bu səbəbdən də Azneft dairəsi istiqamətində 5, 6, 18, 88, 125, 127, 205 və E1 nömrəli müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların hərəkəti alternativ yollardan keçməklə təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti