Bakı. Trend:
2022-ci ildə aparılmış uyğunluq auditləri ilə aşkar edilmiş maliyyə pozuntularının məbləğinin 481,2 mln. manat olduğu müəyyən edilib.
Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatda qeyd edilir.
Hesablama Palatasının Kollegiyası tərəfindən dövlət vəsaitinin
bərpası ilə bağlı verilmiş təkliflərlə yanaşı, digər tədbirlərin
görülməsi istiqamətində təkliflər təsdiq edilməklə icra üçün audit
obyektlərinə təqdim edilmişdir. Həmin tədbirlər əvvəlki dövrdən
qalan debitor borcların və məbləği artırılmış kreditor borcların
bağlanılması və ləğv edilməsi, fiziki və hüquqi şəxslər üzrə artıq
hesablanmış ödənişlərin gələcək hesablaşmalarda nəzərə alınması, 1
satınalma müqaviləsinin məbləğinin azaldılması və s. ilə bağlı
olub.
Bundan əlavə, başa çatdırılmış uyğunluq auditlərinin əhatə etdiyi
16 qurum üzrə 36,7 mln. manat məbləğində səmərəsiz xərclərə yol
verildiyi müəyyən edilmişdir Bundan əlavə, başa çatdırılmış
uyğunluq auditlərinin əhatə etdiyi 16 qurum üzrə 36,7 mln. manat
məbləğində səmərəsiz xərclərə yol verildiyi müəyyən edilib.
Qeyd edək ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatı müzakirə edilir.