...

BDU-nun 4 komandası Türkiyədə keçirilən “TEKNOFEST-2023”-də 6 layihə təqdim edib

Cəmiyyət Materials 29 Aprel 2023 05:28 (UTC +04:00)
BDU-nun 4 komandası Türkiyədə keçirilən “TEKNOFEST-2023”-də 6 layihə təqdim edib

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) tələbələrdən ibarət 4 komandası Türkiyədə keçirilən “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalının final mərhələsində müəllifi olduqları 6 layihənin təqdimatını ediblər.

Universitetdən Trend-ə bildirilib ki, yarışın nəticələri yaxın iki gün ərzində açıqlanacaq.

Festivalda BDU-nun “BSU Creativity Workz” komandası “Driver’s Eye (avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem)”, “REB-Pack (dörd fərqli təbii şərait və qaynaqdan (günəş, külək, alov və su axını) elektrik enerjisi əldə etməyə imkan verən bel çantası)”, “CMC-Vessel (ferromaqnit və fotokatalitik maddələrin istifadəsi əsasında dəniz suyunu avtomatik olaraq çirkləndiricilərdən təmizləyə biləcək robot)”;

“Humantek” komandası “Ağıllı damla sulama sistemi (torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyalar)”;

“G-21” komandası “Zərərvericilərə qarşı dronlarla mübarizə (ultrasəs dalğaları şüalandıra bilən, termik kameralarla təchiz olunmuş dronlar vasitəsilə əkinçilikdə gəmiricilərə qarşı effektiv və təhlükəsiz mübarizə aparmağa imkan verən avtomatik sistem)”;

“FALCON TECH” komandası isə “Qapalı məkanlarda yanğınları ilkin mərhələdə zərərsizləşdirən ağıllı robotun yaradılması (qapalı məkanlarda baş verən yanğınların ilkin mərhələdə tez bir zamanda müəyyən edilməsini və yanğın sahəsinin genişlənmədən söndürülməsini təmin edən robot)" adlı layihələrlə çıxış edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti