...

Azərbaycanlı və türkiyəli tələbənin ortaq layihəsi "Teknofest"də (FOTO/VİDEO)

Cəmiyyət Materials 29 Aprel 2023 11:06 (UTC +04:00)
Azərbaycanlı və türkiyəli tələbənin ortaq layihəsi "Teknofest"də (FOTO/VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

İstanbul. Trend:

İstanbulda keçirilən builki "Teknofest"də azərbaycanlı və türkiyəli tələbənin ortaq layihəsi olan dron nümayiş olunur.

Trend-ə açıqlamasında layihənin həmmüəllifi Engin Eralp bildirib ki, azərbaycanlı dostu ilə "Teknofest Azərbaycan" da iştirak zaman tanış olublar, daha sonra layihələrini inkişaf etdirmək qərarına gəliblər.

İştirakçı hazırladıqları dronun ideyasının Türkiyədə baş verən zəlzələdən təsirlənən insanlara yardım məqsədilə ərsəyə gəldiyini deyib.

"Layihəmiz zəlzələ nəticəsində yaranan dağıntılar altında fəaliyyət göstərə bilir. Havadan axtarış-xilasetmə işləri görə bilir. Bundan əlavə layihəmiz yanğın kimi təbii fəlakətlərdə də istifadə edilə bilər. Bu layihəni zəlzələdən əziyyət çəkən Kahramanmaraşda sınaqdan keçirdik və 6 günlük axtarış-xilasetmə işinə havadan dəstək olduq", - deyə o əlavə edib.

Xatırladaq ki, ötən gün İstanbul Atatürk havalimanında dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST” öz işinə başlayıb. Festivalda 102 fərqli kateqoriyalarda 41 yarışma üzrə 1 milyondan çox layihə yarışmada birincilik üzrə yarışır. Festival çərçivəsində “Bayraktar Kızılelma”, “Bayraktar Akıncı” və ilk dəfə olaraq “Bayraktar-TB3” Silahlı Pilotsuz Uçuş Aparatı da ziyarətçilərə təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti