...

Xətai rayonunda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirilib (FOTO)

Cəmiyyət Materials 4 May 2023 16:57 (UTC +04:00)
Xətai rayonunda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirilib (FOTO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə silsilə tədbirlərini davam etdirir. Keçirilən tədbirlər çoxşaxəli və titanik fəaliyyəti ilə Azərbaycanın hərtərəfli inkişafına davamlı töhfələr verən Ümummilli Liderin misilsiz xidmətlərinin gənc nəslə çatdırılmasında əhəmiyyətli rol oynayır.

Trend xəbər verir ki, mayın 4-də Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının və Respublika Olimpiya Velosiped Məktəbinin birgə təşkilatçılığı ilə Xətai rayon məktəbliləri arasında velosiped idman növü üzrə keçirilən yarış da bu qəbildəndir.

Ümummilli Lider idmanın inkişafını daim diqqətdə saxlayırdı. Dahi rəhbərin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkədə idmanın kütləviliyinin təmin edilməsi istiqamətində atılan addımlar sağlam gəncliyin formalaşmasında, onların asudə vaxtlarının səmərəli təşkilində əhəmiyyətli rol oynadı. “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər sırasında idman yarışlarına da yer verilməsi Ümummilli Liderin bu sahəyə diqqət və qayğısının geniş təhlilinə xidmət edir.

Xətai rayonu üzrə 35 məktəbin şagirdlərinin qatıldıqları velosiped idman növü üzrə yarışda birinci yeri Heydər Əliyev adına lisey, ikinci yeri 261 saylı məktəb, üçüncü yeri isə 269 saylı məktəb tutub.

Qaliblər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcək ümumrayon tədbirində mükafatlandırılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti