...

Deputat tibb təhsili alan tələbələrin problemindən danışdı

Cəmiyyət Materials 19 May 2023 12:19 (UTC +04:00)
Deputat tibb təhsili alan tələbələrin problemindən danışdı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda tibb təhsili alan tələbələrin rezidentura proqramının doktorantura səviyyəsi kimi qəbul edilməməsi ilə bağlı problem var.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov komitənin bu gün keçirilən iclası zamanı deyib

O qeyd edib ki, Azərbaycanda rezidentura təhsili alanlar məcbur olur ki, xaricə getsin, çünki oradan alınan diplom 8-ci səviyyədə qəbul olunur.

“Tibb təhsilinin 7-ci kvalifikasiya səviyyəsi, rezidenturanın 8-ci kvalifikasiya səviyyəsinə daxil olması məqsədəuyğun olar. Bu məsələnin gündəmə gətirilməsi işin gedişatına müsbət təsir edə bilər”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti