...

Tanınmış alim ürəktutmasından vəfat edib

Cəmiyyət Materials 10 İyun 2023 15:56 (UTC +04:00)
Tanınmış alim ürəktutmasından vəfat edib

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov vəfat edib.

Bu barədə Trend-ə BDU-dan məlumat verilib. Alimin ürəktutmasından vəfat etdiyi bildirilir.

K.Məmmədov 1965-ci ildə Gürcüstanın Dmanisi rayonunda doğulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti