...

MİQ üzrə vakansiya seçimi başlayır

Cəmiyyət Materials 21 İyul 2023 10:02 (UTC +04:00)
MİQ üzrə vakansiya seçimi başlayır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

22 iyul saat 11:00-dan müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə vakant yer seçmək imkanı müsabiqədə minimum tələbi ödəyən şəhid ailələrinin üzvlərinə verilir. Namizədlər 25 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Vakansiya seçimi zamanı diqqətli olmaq tövsiyə edilir. Seçimi yekunlaşdırdıqdan sonra isə təsdiqləmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti