...

Bu şəxslərə sosial yardımın verilməsindən imtina edilir - Xəbərdarlıq

Cəmiyyət Materials 27 İyul 2023 11:50 (UTC +04:00)
Bu şəxslərə sosial yardımın verilməsindən imtina edilir - Xəbərdarlıq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün də ünvanlı sosial yardım üçün bir sıra hallarda maklerlər vasitəsilə müraciətlərin şahidi oluruq.

Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin l yarımilliyində görülmüş işlərə, yeniliklərə və qarşıdakı hədəflərə dair bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, belə müraciətlərdə hətta vasitəçilər tərəfindən məlumatların saxtalaşdırılması halları da üzə çıxır.

"Belə hallar aşkar olunduqda, saxtalaşdırılmış məlumatların növü üzrə müvafiq tədbir görülür. Belə ki, müraciətlərdə cinayət tərkibi varsa, hüquq-mühafizə orqanlarına müraciət edilir. Əmək müqaviləsində saxtalaşdırma varsa, bu halda Dövlət Əmək Müfəttişliyi tərəfindən müvafiq tədbirlər görülür. Və yekunda ünvanlı sosial yardımın verilməsindən imtina edilir",- deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti