...

Elnur Rzayev növbəti səyyar qəbulunu Köhnə Xudat kəndində keçirib (FOTO)

Cəmiyyət Materials 27 İyul 2023 20:05 (UTC +04:00)
Elnur Rzayev növbəti səyyar qəbulunu Köhnə Xudat kəndində keçirib (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Köhnə Xudat kəndində sakinlərlə görüşüb. Qəbulda yerli hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbrələri də iştirak edib.

Trend xəbər verir ki, səyyar qəbul zamanı Köhnə Xudat İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Aşağı Ləgər, Seyidlər, Digahoba, İdrisoba və Fərzəlioba sakinlərinin müraciəti dinlənilib.

Sakinlər yolların təmiri, qaz təchizatının bərpası, güc transformatorlarının yenilənməsi, suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, rabitə internet və digər sahələrə aid müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti