...

Bakı-Quba avtomobil yolunun bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq

Cəmiyyət Materials 1 Avqust 2023 17:18 (UTC +04:00)
Bakı-Quba avtomobil yolunun bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun paytaxt Bakıdan Şabran rayonu istiqamətində təmir-bərpa işlərinə başlayır.

Trend xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, təmir-bərpa işləri magistral yolun 52-119.5 km-də müəyyən hissələrdə yerinə yetiriləcək.

Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılacaq. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.

Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılacaq.

Agentlik sürücülərə sözügedən ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti