...

Parklanmanın idarə edilməsinə dair mobil tətbiq istifadəyə verildi

Cəmiyyət Materials 1 Avqust 2023 19:49 (UTC +04:00)
Parklanmanın idarə edilməsinə dair mobil tətbiq istifadəyə verildi

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) parklanmanın idarə edilməsi ilə bağlı mobil tətbiqi artıq istifadəyə verib.

Trend xəbər verir ki, mobil tətbiq vasitəsilə parklanma yerləri idarə ediləcək.

İstifədəçilər mobil tədbiq vasitəsilə boş parklanma yerlərini tapa biləcəklər. Mobil tətbiq istifadəçilərin vaxtlarına qənaət etməyə imkan verəcək. Parkalanma yerlərinin doluluğu ilə bağlı məlumatlar mobil tətbiqdə xəritə üzərində rənglərlə əks ediləcək.

Mobil tətbiqlə bu linkdə tanış olmaq mümkündür:

https://azparking.az/

Qeyd edək ki, Bakının inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Belə ki, nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı nağdsız qaydada həyata keçiriləcək.

"AzParking"in proqram təminatının “Ödənişlər” bölməsi vasitəsilə parklanma ödənişlərini həyata keçirmək mümkündür. Profil bölməsində isə şəxsi məlumatlar, avtomobillər, bank kartları, ödənişlər və fərdi parklanma talonu haqqında informasiya yer alıb. “Azparking”ə istənilən sayda nəqliyyat vasitəsi əlavə etmək olar.

Tətbiqdəki “Fərdi parklanma talonu” bölməsi vasitəsilə parklanma yerlərinin təşkil edildiyi yolların kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobilləri istifadəçiləri parklanmadan ödənişsiz istifadə üçün müraciət edə bilərlər. Bunun üçün avtomobil sahibi müvafiq məlumatları dolduraraq müraciət etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti