...

Parklanmaya görə nağdsız ödənişlərə maraq necədir?

Cəmiyyət Materials 16 Avqust 2023 09:40 (UTC +04:00)
Parklanmaya görə nağdsız ödənişlərə maraq necədir?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu günə olan statistikaya əsasən, 38 min 940 nəfər “Azparking” tətbiqində qeydiyyatdan keçib.

Trend xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, 1315 nəfər tətbiqdə balansın artırılması əməliyyatını həyata keçirib:

"Tətbiq yeni istifadəyə verildiyindən onun təkmil hala gətirilməsi istifadəçi rəylərindən asılıdır. Odur ki, tətbiqlə bağlı fikirlərinizi yaza bilərsiniz".

Nazirin müşaviri qeyd edib ki, avqustun 7-dən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı nağdsız qaydada həyata keçirilir.

"Bu məqsədlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “Azparking” mobil tətbiqi istifadəyə verilib. Tətbiq vasitəsilə istifadəçilər həmçinin, olduğu məkana yaxın parklanma yerlərini sürətli şəkildə tapa, koordinatları təyin edə və parklanma yerini seçə bilirlər. Parklanma yerlərinin təşkil edildiyi yolların kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobilləri istifadəçiləri “Fərdi parklanma talonu” bölməsi vasitəsilə parklanmadan ödənişsiz istifadə üçün müraciət edə bilərlər. “Azparking” mobil tətbiqinin yaradılması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərində mobilliyin artırılması ilə bağlı hazırlanan kompleks layihə üzrə görülən tədbirlərin bir hissəsidir. Layihənin məqsədi ictimai nəqliyyatda əlçatanlığın təmin edilməsi, onların səmərəli fəaliyyətinin təşkili, eləcə də sərnişinlər üçün cəlbediciliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi və genişləndirilməsi, parklanmanın idarəolunması, mikromobillik və hərəkət təhlükəsizliyinin təmin edilməsidir", - deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti