...

Yeni peşə və kvalifikasiya standartları hazırlanacaq

Cəmiyyət Materials 28 Avqust 2023 16:12 (UTC +04:00)
Yeni peşə və kvalifikasiya standartları hazırlanacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sosial xidmət sahəsində rəqabətqabiliyyətli kadr potensialının inkişafı üçün yeni peşə və kvalifikasiya standartları hazırlanacaq.

Trend xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”da qeyd edilib.

Proqrama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə 2024–2025-ci illər ərzində “Sosial işçi”, “Sosial xidmətçi”, “Sosial pedaqoq” və “Sosial iş üzrə mütəxəssis–psixoloq” peşələri üçün peşə və kvalifikasiya standartları layihələrinin hazırlanmasını, Peşə və kvalifikasiya standartları layihələrinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmasını, Peşə və kvalifikasiya standartlarının təsdiq edilməsini təmin etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti