...

TEKNOFEST yenidən Bakıda keçirilə bilər

Cəmiyyət Materials 30 Avqust 2023 16:53 (UTC +04:00)
TEKNOFEST yenidən Bakıda keçirilə bilər

Bakı. Trend:

Bakıda yenidən TEKNOFEST keçirə bilərik.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyənin "Baykar" şirkətinin texniki dirktoru Selçuk Bayraktar jurnalistlərə açıqlamasında deyib.

"Qarabağ zəfərindən sonra Azərbaycanda möhtəşəm TEKNOFEST festivalı keçirdik. Bunu qısa zamanda təkrarlamağı planlaşdırırıq", - deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə bu gün paytaxt Ankarada TEKNOFEST keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti