Bakı. Trend:
İstirahət günlərində - sentyabrın 2-3-də milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Samur–Yalama Milli Parkında fasilələrlə yağış yağacağı gözlənilir.
Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19°, gündüz 28-30° isti olacaq.
Altıağac Milli Parkında arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-15°, gündüz 23-25° isti olacağı proqnozlaşdırılır.
Ağgöl Milli Parkında hava yağmursuz keçəcək. Lakin sentyabrın 3-də gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-20°, gündüz 28-32° isti olacağı bildirilir.
Qızılağac Milli Parkında hava yağmursuz keçəcək. Lakin sentyabrın 3-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-20°, gündüz 29-31° isti olacağı ehtimalı var.
Göygöl Milli Parkında hava yağmursuz keçəcək. Lakin sentyabrın 2-də axşam saatlarında və sentyabrın 3-də arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17°, gündüz 18-23° isti olacağı ehtimal edilir.
Şirvan Milli Parkında hava yağmursuz keçəcək. Lakin sentyabrın 2-də gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-21°, gündüz 30-32° isti olacağı gözlənilir.
Hirkan Milli Parkında hava yağmursuz keçəcək. Lakin sentyabrın 3-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20°, gündüz 29-31° isti olacaq.