...

Tələbələrin qeydiyyatı başladı

Cəmiyyət Materials 5 Sentyabr 2023 09:48 (UTC +04:00)
Tələbələrin qeydiyyatı başladı

Bakı. Trend:

Bu il ali təhsil müəssisələrinə qəbul olunanlar sentyabrın 5-dən 14-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilib.

Qeyd edilib ki, göstərilən müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti