Bakı. Trend:
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qrant müsabiqəsinin elan edilməsi və müsabiqədə iştirak qaydası məlum olub.
Trend-in xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarda qeyd edilib ki, müsabiqə agentlik tərəfindən şəffaflıq, obyektivlik, səmərəlilik, nəticəlilik və bərabərlik prinsiplərinə riayət olunmaqla keçirilir.
Müsabiqənin keçirilməsi haqqında elan müsabiqənin başlanılmasına azı 30 (otuz) gün qalmış Agentlik tərəfindən onun rəsmi internet səhifəsində, sosial şəbəkə hesablarında və informasiya ehtiyatında yerləşdirilir, habelə bu barədə media vasitəsilə ictimaiyyətə məlumat verilir.
3. Müsabiqənin keçirilmə müddəti 6 (altı) aydan artıq ola bilməz.
4. Müsabiqənin keçirilməsi haqqında elanda aşağıdakılar qeyd edilir:
Qaydanın 7.5-ci bəndində nəzərdə tutulan sənədlərin (məlumatların) siyahısı;
2. müsabiqənin mövzusu və şərtləri;
3. müsabiqənin başlanma və bitmə tarixi;
4. müsabiqəni təşkil edən qurumun adı, ünvanı və əlaqə vasitələri barədə məlumatlar.
QHT müsabiqədə iştirak etmək üçün Agentliyin rəsmi internet səhifəsi vasitəsilə elektron ərizə ilə müraciət edir. Elektron ərizəyə aşağıdakı sənədlər (məlumatlar) əlavə edilir:
1. layihə təklifi;
2. layihənin icra planı;
3. layihənin xərclər smetası;
4. layihənin büdcəsinin maliyyə əsaslandırılması (orta və böyük qrant müsabiqələrinə təqdim edilən layihələrə münasibətdə);
5. QHT-nin nizamnaməsi, qeydiyyat şəhadətnaməsi və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti.