...

Ermənilər Xocavənddə döyüş postlarının enerjisini günəş paneli ilə təmin edirmiş (FOTO)

Cəmiyyət Materials 23 Sentyabr 2023 09:25 (UTC +04:00)
Ermənilər Xocavənddə döyüş postlarının enerjisini günəş paneli ilə təmin edirmiş (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilər Xocavənddə döyüş postlarının enerjisini günəş paneli ilə təmin edirmişlər.

Trend xəbər verir ki, bunu əks etdirən görüntüləri Müdafiə Nazirliyi yayıb.

Belə ki, Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi yaxınlığında tərk edilmiş döyüş mövqeyi aşkar edilib. Həmin döyüş mövqeyinin qarşısında günəş paneli quraşdırıldığı əksini tapıb.

İstər 44 günlük müharibədən sonra, istərsə də müharibədən sonrakı 3 il ərzində Azərbaycan Ordusunun nəzarətə götürdüyü erməni postlarındakı vəziyyətdən də aydın görünürdü ki, istər Ermənistan Sİlahlı Qüvvələrinin qurduğu, istərsə də, onun silahlı birləşmələrinin Qarabağda 30 ildən çox qurduğu döyüş məntəqələrində, postlarda vəziyyət acınacaqlı olub. Son lokal antiterror əməliyyatından sonra ortaya çıxan kadrlardan da aydın görünür ki, erməni silahlı birləşmələri şəraitsiz vəziyyətdə olublar. Uzun illər ərzində qurulan döyüş mövqeləri it damını xatırladır.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti