...

“Akınçı" PUA-ları Azərbaycana təhvil veriləcək - Selçuk Bayraktar

Cəmiyyət Materials 2 Oktyabr 2023 17:58 (UTC +04:00)
“Akınçı" PUA-ları Azərbaycana təhvil veriləcək - Selçuk Bayraktar
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Çox yaxın zamanda “Akınçı” pilotsuz uçuş aparatları (PUA) Azərbaycana təhvil veriləcək.

Trend-in xəbərinə görə, bunu "Baykar" şirkətinin texniki direktoru, “Texnofest” İdarə Heyətinin sədri Selçuk Bayraktar oktyabrın 2-də Bakıda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, azərbaycanlı pilotlar təlimləri uğurla başa vurublar:

“Odur ki, biz ən yaxın gələcəkdə “Akınçı” PUA-larını Azərbaycana təhvil verəcəyik”.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycanın Kosmik Agentliyinin ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi başlayıb.

tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri, ümumilikdə 101 ölkədən 5 mindən çox nümayəndə qatılacaq.

Beynəlxalq Astronavtika Konqresində 150 şirkət sərgi pavilyonunda təmsil olunur.

Sərgidə iştirak edən agentlik və şirkətlər arasında ABŞ-ın “Milli Aeronavtika və Kosmos Administrasiyası” (NASA), Yaponiyanın “JAXA” kosmik agentliyi, İtaliyanın “Agenzia Speziale Italiana” kosmik agentliyi, “AIRBUS” şirkəti, Kanadanın innovasiya mərkəzi “INO”, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi “CNES”, Hindistanın kosmik agentliyi “ISRO”, Türkiyənin “Türkiye Uzay Ajansı” kosmik agentliyi və digər beynəlxalq şirkətlər yer alıb.

Bakı Konqresi çərçivəsində konfranslar, texniki sessiya və sərgilər təşkil olunacaq. Texniki sessiyalar Heydər Əliyev Mərkəzində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti