...

İkimərtəbəli ev və talvarı altında saxlanılan maşınlar yanıb kül oldu

Cəmiyyət Materials 4 Oktyabr 2023 10:18 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ucar rayonunda yanğın olub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ucar rayonunun Qazyan kəndində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 382 m² sahədə, bitişik sahəsi 100 m² olan tövlənin yanar konstruksiyaları 60 m² sahədə, sahəsi 120 m² olan talvarın taxta atmaları, altında dayanan "Mercedes", “ВАЗ” markalı minik avtomobilləri, çadırlar və məişət əşyaları yanıb.

Evin və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti