...

Antiterror tədbirlərində yaralanan polis şəhid olub (FOTO)

Cəmiyyət Materials 6 Oktyabr 2023 11:57 (UTC +04:00)
Antiterror tədbirlərində yaralanan polis şəhid olub (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiteror tədbirləri zamanı ağır yaralanan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Əzizbəy Muradov şəhid olub.

Trend xəbər verir ki, o, oktyabrın 6-da müalicə olunduğu hospitalda vəfat edib.

Ə.Muradov Sabirabad rayonunun Ulacalı kəndində dəfn olunacaq.

Xatırladaq ki, Muradov Əzizbəy Etibar oğlu 44 günlük Vətən müharibəsində də iştirak edib.

Prezident İlham Əliyevin sərəncamları ilə “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti