...

Şimal bölgəsinin ən yaşlı sakini vəfat etdi

Cəmiyyət Materials 9 Oktyabr 2023 16:02 (UTC +04:00)
Şimal bölgəsinin ən yaşlı sakini vəfat etdi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın şimal bölgəsinin ən yaşlı sakini dünyasını dəyişib.

Trend xəbər verir ki, Siyəzən rayonunda yaşayan Əmrah Məmmədov 102 yaşında vəfat edib.

Məmmədov Əmrah Hacəli oğlu 1921-ci il yanvarın 20-də rayonun Böyük Həmyə kəndində anadan olub. İkinci Dünya müharibəsində iştirak edən Ə.Məmmədov Azərbaycanla yanaşı, Rusiya və Ukrayna hökumətləri tərəfindən də faşizm üzərində qələbənin yubiley medalları ilə təltif olunub.

1947-ci ildə ailə həyatı quran Əmrah Məmmədovun 8 övladı, 34 nəvəsi, 60-a yaxın nəticəsi və 10-a yaxın kötücəsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti