...

Pensiyalar artır - Komitə sədri AÇIQLADI

Cəmiyyət Materials 4 Noyabr 2023 14:22 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il pensiyaların 11 faiz artacağı nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, cari və növbəti illərdə də orta aylıq pensiyanın, orta aylıq əməkhaqqıya nisbəti müvafiq olaraq, 46,8% və 49,3 % olmaqla Avropa sosial xartiyasının tələblərinə cavab verəcək.

Xəbər lenti

Xəbər lenti