Bakı. Trend:
İnanırıq ki, yaxın gələcəkdə Şuşa Azərbaycanın çox tanınmış və tez-tez səfər edilən məkanlarından birinə çevriləcək.
Trend xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrov Noziri İƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, Şuşa şəhəri 2026-cı il üzrə turizm paytaxtı elan edilib.
"Bu vaxta qədər təşkilat regionda cəmi 6 şəhəri turizm paytaxtı seçib. Bunlar Tacikistanın Düşənbə, İranın Sari və Ərdəbil, Özbəkistanın Şəhrisəbz, Türkiyənin Ərzurum və Azərbaycanın Şuşa şəhərləridir”, - deyə o qeyd edib.