...

Sərhəddə gözləmədə olan yük avtomobillərinin sayı açıqlandı

Cəmiyyət Materials 12 Dekabr 2023 20:53 (UTC +04:00)
Sərhəddə gözləmədə olan yük avtomobillərinin sayı açıqlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 1285 avtomobil gözləyir.

Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 230, “Biləsuvar” gömrük postunda 68, “Mazımqara” gömrük postunda 52, “Samur” və “Xanoba” gömrük postlarında hərəsində 10 yük maşını var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti