...

Ötən gün vətəndaşlardan 1 avtomat, 11 tüfəng götürüldü - DİN

Cəmiyyət Materials 22 Dekabr 2023 09:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polis əməkdaşları ötən gün vətəndaşlardan 1 avtomat, 11 tüfəng təhvil götürüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Dekabrın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat və 11 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Qeyd olunub ki, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 ədəd qumbara, 1 ədəd tapança, 1 ədəd patron darağı, 1 tüfəng və 8 ədəd patron aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti