...

Yeni ili doğulduğum torpaqda keçirmək mənim üçün şərəfdir – Laçın sakini

Cəmiyyət Materials 28 Dekabr 2023 08:47 (UTC +04:00)
Yeni ili doğulduğum torpaqda keçirmək mənim üçün şərəfdir – Laçın sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni ili doğulduğum torpaqda, Laçında keçirmək mənim üçün şərəfdir.

Bunu Trend-ə açıqlamasında Laçın sakini Kifayət Namazova deyib.

Onun sözlərinə görə, 31 yaşında tərk etdiyi Laçına 63 yaşında qayıdır.

“Allah Ali Baş Komandanımızı qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin ki, biz onların sayəsində indi doğma Laçınımıza qayıdırıq. Ötən illər ərzində yaxınlarımızı, doğmalarımızı itirmişik. Bunun üçün kədərliyəm. Amma çox sevinirəm ki, öz yurdumuza qayıdıram”, - deyə o qeyd edib.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 408 ailənin, yəni 1555 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti