...

Evlənənlər azalıb, boşananlar çoxalıb

Cəmiyyət Materials 14 Fevral 2024 15:46 (UTC +04:00)
Evlənənlər azalıb, boşananlar çoxalıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2023-cü il ərzində ölkədə 54200 nikaha daxilolma və 21688 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq, 6,1-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

Nikah səviyyəsi Bakı şəhəri (5,6), Şərqi Zəngəzur (6,2), Qarabağ (6,1), Mil-Muğan (5,9), Dağlıq Şirvan (5,8), Şirvan-Salyan (5,7), Qazax-Tovuz və Mərkəzi Aran (5,5), Quba-Xaçmaz (5,4) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti