...

Mingəçevirdə mənzildə meyit tapıldı (YENİLƏNİB) (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2024 23:50 (UTC +04:00)
Mingəçevirdə mənzildə meyit tapıldı (YENİLƏNİB) (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Mingəçevirdə 60 yaşlı çürümüş kişi meyiti tapılıb.

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə şəhərin Puşkin küçəsi 12/2 ünvanında yerləşən yaşayış binasında qeydə alınıb. Çağırış əsasında ünvana baxış keçirən FHN xilasediciləri çürümüş kişi meyiti aşkarlayıblar. Müəyyən olunub ki, meyit 1964-cü il təvəllüdlü Hacıyev Zakir Zülfü oğluna məxsusdur. Taksi fəaliyyəti ilə məşğul olduğu bildirilən Z.Hacıyevin ölüm səbəbi aparılan ekspertizadan sonra məlum olacaq. Qonşuların sözlərinə görə mərhumu 10 günə yaxın olardı ki, görməyiblər. Qonşular blokdan pis qoxu gəldiyini hiss etdikdən sonra aidiyyatı orqanlara məlumat veriblər. Öz avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan mərhum mənzildə tək yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.

XXX

20:49

Mingəçevir şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti