...

Müəllimlərin əməkhaqlarına əlavələr ödənilir

Cəmiyyət Materials 15 Fevral 2024 11:20 (UTC +04:00)
Müəllimlərin əməkhaqlarına əlavələr ödənilir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumi təhsil müəssisələrinin direktorlarının aylıq əməkhaqqına şagird sayından asılı olaraq əlavələr tətbiq edilir.

Trend xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, əməkhaqqına əlavələrin tətbiq edildiyi direktorların rəhbərlik etdiyi müəssisələrdəki şagird sayı ölkədəki bütün şagirdərin 64% -ni təşkil edir.

Təhsilverənlərin sertifikatlaşdırılması nəticələrinə müvafiq olaraq 2023-cü ildə 23000-dən çox, 2022-ci ildəkilərə görə isə 9000-ə yaxın müəllimin əmək haqlarına əlavələr tətbiq olunub. Ümumilikdə 32000-ə yaxın müəllimin əməkhaqqına əlavələr ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti