...

Novruz bayramı ərəfəsində Abşeronda abadlıq-təmizlik işlərinə başlanılıb (FOTO)

Cəmiyyət Materials 28 Fevral 2024 11:16 (UTC +04:00)
Novruz bayramı ərəfəsində Abşeronda abadlıq-təmizlik işlərinə başlanılıb (FOTO)

Bakı. Trend:

Novruz bayramının ilk çərşənbəsi – Su çərşənbəsi ilə əlaqədar rayon ərazisində iməclik-abadlıq tədbirlərinə başlanılıb. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilk olaraq rayon ərazisində şəhid ailələrinin, qazilərin və digər imtiyazlı şəxslərin yaşadığı yeni yaşayış massivində iməclik keçirilib.

İməclik zamanı massivin ətrafı məişət tullantılarından təmizlənib və texniki vasitələrlə ərazidən uzaqlaşdırılıb. Bundan əlavə ərazidə yerləşən küçə işıqlandırılması sistemi təmir olunub və massivin gecə işıqlandırılmasının davamlılığı təmin edilib. O cümlədən, qəsəbənin məişət tullantılarının daşınmasının yaxşılaşdırılması məqsədilə tullantıların daşınması cari ilin ilk ayından etibarən RİH tərəfindən təhkim edilmiş şirkət vasitəsi ilə həyata keçirilir. Massivdə məişət tullantılarının yığılması üçün yeni ərazilər müəyyən edilərək xüsusi yerlər tikilib və yeni konteynerlərlə təmin olunub.

Massiv ərazisində yığılan qrunt və kanalizasiya sularının çəkilməsi istiqamətində də RİH tərəfindən tədbirlər görülüb. Binalarda mövcud olan liftlərdə cari təmir işləri aparılıb və sakinlərin xidmətinə verilib. Bundan əlavə hal-hazırda ərazidə mövcud yaşıllıqların daimi suvarılması məqsədi ilə suvarma sisteminin bərpasına başlanılıb.

Rayon İcra Hakimiyyətinin müraciəti əsasında massiv ərazisinə xidmət göstərən marşrut avtobusların sayı artırılıb, növbəti mərhələdə isə marşurut xəttinin kart sisteminə keçirilməsi və avtobuslararası intervalın daha da azadılması, həm də digər istiqamətlərdə marşrut xətlərinin açılması planlaşdırılıb. Bundan əlavə ərazidəki iməclik zamanı mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, yaşıllıq sahələrinin artırılması üçün yerlər müəyyənləşdirilib.

Onu da qeyd edək ki, fevral ayının əvvəlində yaşayış massivində yerləşən 3 korpusdan ibarət 280 yerlik uşaq bağçasının fəaliyyəti təmin olunub. Sevindirici haldır ki, uşaq bağçasının işçi kollektivi şəhid və qazi ailələrindən formalaşdırılıb.

Qeyd edək ki, abadlıq və təmizlik işləri rayon ərazisində Novruz bayramının son günlərinə qədər hər həftənin şənbə və bazar günləri davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti