...

İdman gimnastikası üzrə Dünya Kubokunun ilk yarış gününün finalçılarının siyahısı

Cəmiyyət Materials 8 Mart 2024 02:56 (UTC +04:00)
İdman gimnastikası üzrə Dünya Kubokunun ilk yarış gününün finalçılarının siyahısı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Martın 7-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun ilk yarış günü keçirilib.

Trend xəbər verir ki, yarış gününün yekunlarına əsasən beş alət üzrə hərəkətlərdə finalçılar müəyyənləşib. Kişilər arasında idman gimnastikasının nümayəndələri üçün bunlar sərbəst hərəkətlər, paralel tirlər üzərində və halqalarla hərəkətlər; qadın arasında idman gimnastikasının nümayəndələri üçün bunlar qeyri-bərabər tirlər üzərində hərəkətlər, eləcə də dayaqlı tullanma.

Sərbəst hərəkətlərdə finala Kazuki Minami (Yaponiya), Ryu Son Hyon (Koreya Respublikası), Karlos Edriel Yulo (Filippin), Milad Kərimi (Qazaxıstan), Yuri Qimarayeş (Braziliya), Aurel Benoviç (Xorvatiya), Eqor Şaramkov (neytral status) və İlya Kovtun (Ukrayna) vəsiqə qazanıblar.

Azərbaycan gimnastları Murad Ağarzaev və Mənsum Səfərov yerlə hərəkətlər üzrə finala vəsiqə qazana bilməyiblər. Mənsum Səfərov 12.633 xalla təsnifatda 38-ci, Murad Ağarzayev isə 11.800 xalla 48-ci yeri tutub.

Paralel qollar üzrə hərəkətlərdə finaıa Tsinyuan Tzou (Çin), İlya Kovtun (Ukrayna), Mohamed Afifi (Misir), Jossimar Orlando Calvo Moreno (Kolumbiya), Anxel Baraxas (Kolumbiya), Horald Vibye (Norveç), Oleq Vernyayev (Ukrayna) və Kazuki Matsumi (Yaponiya) çıxıblar.

Azərbaycan gimnastları bu proqramda finala vəsiqə qazana bilməyiblər. İvan Tixonov 13,866 xalla 17-ci, münsiflər tərəfindən 11,133 xalla qiymətləndirilən Rəsul Əhmədzadə isə 44-cü yerdə qərarlaşıb.

Halqa ilə hərəkətləri üzrə finalçılar bunlardır: Hao Yu (Çin), Salvatore Mareska (İtaliya), Samir Ait Səid (Fransa), Harri Hepvort (Böyük Britaniya), Quan Yi Linq (Çin Taypeyi), Ömər Mohamed (Misir), Tzou Tzinyuan (Çin), İqor Radivilov (Ukrayna).

Azərbaycan gimnastı Nikita Simonov 9-cu yeri tutmuş, onun çıxış xalı 14,133 bal olmuşdur. O, finala çıxa bilməyib.

Qeyri-bərabər tirlərdə hərəkətlərdə finala aşağıdakılar çıxıb: Kaylia Nemurs (Əlcəzair), Elisa İorio (İtaliya), Xiyu Du (Çin), Keytlin Conq (ABŞ), Cennifer Uilyams (İsveç), Levi Ruivivar (Filippin), Maisa Kuusikko (Finlandiya), Vanesa Masova (Çexiya).

Dayaqlı tullanma üzrə finalçılar bunlardır: Valentina Georgieva (Bolqarıstan), Çan Or An (Koreya Xalq Demokratik Respublikası), Natalia Eskalera (Meksika), Tyasa Kisselef (Sloveniya), Dipa Karmakar (Hindistan), Karla Navas (Panama), Macarena Pinto Adasme (Çili), Çemene Lamaitre (Niderland).

Azərbaycan gimnastı Nazənin Teymurova dayaqlı tullanmada finala vəsiqə qazana bilməyib, onun nəticəsi 12,549 xal olmaqla 13-cü yerdir.

Qeyd edək ki, martın 7-10-da Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışları keçirilir. Müsabiqədə 67 ölkədən nümayəndələr iştirak edir.

Azərbaycanı kişilər arasında idman gimnastikası yarışında Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov, Murad Ağarzayev, qadınların idman gimnastikası yarışında isə Nazənin Teymurova təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti