...

Şəhidlərimizin qanı bahasına geri alınan Füzuliyə qayıdırıq

Cəmiyyət Materials 18 Mart 2024 07:18 (UTC +04:00)
Şəhidlərimizin qanı bahasına geri alınan Füzuliyə qayıdırıq
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Şəhidlərimizin qanı bahasına geri alınan Füzuliyə geri qayıdırıq.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Tamilla Zeynalova deyib.

Onun sözlərinə görə, Füzulini ağrı-acılarla tərk edib. Məcburi köçkünlük həyatı da hər zaman problemlərlə dolu olub.

"Biz Füzulini itirəndə də, işğaldan azad edəndə də şəhidlər vermişik. Şükürlər olsun ki, indi sevinc hissləri ilə oğlum, qızım, gəlinim və nəvələrimlə doğma yurdumuza qayıdırıq. Allah Prezidentimizi var eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin", - deyə o bildirib.

Xatırladaq ki, bu gün 34 ailə, yəni 123 nəfər Füzuli sakini öz yurduna geri qayıdır. Beləliklə indiyədək Füzuli şəhərinə 596 ailənin, yəni 2245 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti