...

Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan daha bir şəxsin kimliyi müəyyənləşdi

Cəmiyyət Materials 18 Mart 2024 11:18 (UTC +04:00)
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan daha bir şəxsin kimliyi müəyyənləşdi
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan daha bir şəxsin kimliyi müəyyən olunub.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun şöbə rəisi Orxan Rzayev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair brifinqdə deyib.

Onun sözlərinə görə, meyiti tapılan şəxslərdən 9 nəfərin kimliyi müəyyən olunub.

“Qalıqların Xocalı sakini, 1952-ci il təvəllüdlü Nəcəfov Şiraslana aid olduğu müəyyənləşib”, - deyə o əlavə edib.

Qeyd edək ki, Xocalıda kütləvi məzarlıqda qalıqları aşkar edilənlərin sayı 18-ə çatıb. Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 8 nəfərin şəxsiyyəti müəyyən edilib. İstintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.

Xəbər lenti

Xəbər lenti