...

Qanunvericilik layihələrin hazırlanmasında dövlətin hüquq siyasəti nəzərə alınmalıdır - Gündüz Kərimov

Cəmiyyət Materials 2 Aprel 2024 10:29 (UTC +04:00)
Qanunvericilik layihələrin hazırlanmasında dövlətin hüquq siyasəti nəzərə alınmalıdır - Gündüz Kərimov
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsallaşma bütün sahələri əhatə edir.

Trend xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov bu gün keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.

G.Kərimov bildirib ki, vətəndaşların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir.

“Rəqəmsallaşma cinayət prosesinin inkişafı və tətbiqində də nəzərə alınmalıdır. Mövcud cinayət təqibi metodlarının rəqəmsallaşması ilə yanaşı, yeni metodlar, müasir informasiya texnologiyalarından da istifadə olunmalıdır.

Baş prokurorluq ölkədə məhkəmələrdən əvvəl qanunvericiliyin tətbiqi istiqamətində xüsusi əhəmiyyət kəsb edir. Rəqəmsal cinayətkarlıqla mübarizədə əsas işlər Baş prokurorluğun üzərinə düşür.

Gələcək qanunvericilik layihələrin hazırlanmasında dövlətin hüquq siyasəti, qanunvericiliyin inkişaf istiqamətləri nəzərə alınmalıdır”.

Qeyd edək ki, “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Hesablama Palatası arasında sənəd imzalanıb.

20-dən çox dövlət rəsmisinin iştirak etdiyi konfransda rəqəmsallaşmanın dövlət sturukturlarındakı əhəmiyyətindən danışılıb və görülən işlər barəsində məlumat verilib.

Xəbər lenti

Xəbər lenti