Bakı. Trend:
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub.
Trend xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Azər Abizadə nazir müşaviri təyin edilib.
Azər Abizadə bakalavr təhsilini Türkiyənin Boğaziçi
Universitetində biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə
bitirib. Məzun olarkən “İlin ən uğurlu xarici məzunu” mükafatına
layiq görülüb. 2012-ci ildə ABŞ-nin Roçester Universitetində
iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
Azər Abizadə 2012-ci ildən ADA Universitetində baş müəllim, 2017-ci
ildən isə dosent olaraq çalışıb. İşlədiyi müddət ərzində oyunlar
nəzəriyyəsi ilə bağlı bir çox nüfuzlu jurnallarda elmi məqalələri
dərc olunub. ADA Universitetinin “İlin ən uğurlu müəllimi və alimi”
mükafatını alan ilk müəllimidir.