...

“Azərişığ”ın əməkdaşını elektrik cərəyanı vurub öldürdü

Cəmiyyət Materials 4 Aprel 2024 20:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şamaxıda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub.

Trend xəbər verir ki, hadisə rayonun Sabir qəsəbəsində baş verib.

İlkin məlumata görə, qəsəbədə borc səbəbi ilə elektrik enerjisi kəsilmiş vətəndaşın işığı qoşulan zaman Şamaxı sakini 57 yaşlı Arif Dəmirovu yüksək gərginliyi olan elektrik cərəyanı vurub.

Hadisə nəticəsində A.Dəmirov iş başında vəfat edib.

Ölümün dəqiq başvermə səbəbi aparılan araşdırmaların sonunda bilinəcək.

Xəbər lenti

Xəbər lenti