...

ABŞ "Kasperski Laboratoriyası məhsullarının istifadəsini qadağan edə bilər

Cəmiyyət Materials 10 Aprel 2024 05:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Co Baydenin administrasiyası ABŞ şirkətlərinə və vətəndaşlarına Rusiyanın "Kasperski Laboratoriyası" şirkəti tərəfindən yaradılmış proqram təminatından istifadəni qadağan etməyə hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, qərar yekunlaşmaq üzrədir və bu ay kimi qəbul edilə bilər.

Qərara əsasən, "Kasperski Laboratoriyası"na ABŞ-da müəyyən məhsul və xidmətləri təqdim etmək qadağan edilə bilər.

Mənbələr kanala bildiriblər ki, qadağanın məqsədlərindən biri “ABŞ-ın kritik infrastrukturu üçün hər hansı riski azaltmaq” olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti