...

Bu il ilk dəfə 6-cı siniflər üzrə monitorinqlər keçiriləcək

Cəmiyyət Materials 18 Aprel 2024 12:44 (UTC +04:00)
Bu il ilk dəfə 6-cı siniflər üzrə monitorinqlər keçiriləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il ilk dəfə 19 may tarixində 6-cı siniflər üzrə monitorinqlər keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində deyib.

O bildirib ki, indiyə qədər monitorinqlər 4-cü siniflər üzrə aparılırdı:

"4-cü siniflər üçün monitorinq 18 may tarixində keçiriləcək. 120 dəqiqədən ibarət monitorinqdə tədris dilində 30 qapalı sual, riyaziyyatdan isə 27 qapalı və 3 açıq sual təqdim olunacaq. 6-cı siniflər üçün isə monitorinq 19 may tarixində keçiriləcək. 120 dəqiqə davam edəcək monitorinqdə tədris dilindən 25 qapalı sual, təbiət fənnindən 25 qapalı sual, riyaziyyatdan 20 qapalı və 5 açıq sual təqdim ediləcək".

Xəbər lenti

Xəbər lenti