...

Şəhidlərimizin ata-anaları qarşısında baş əyirik – Füzuli sakini

Cəmiyyət Materials 22 Aprel 2024 07:48 (UTC +04:00)
Şəhidlərimizin ata-anaları qarşısında baş əyirik – Füzuli sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Şəhidlərimizin ata-anaları qarşısında baş əyirik.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Məlahət Abbasova deyib.

Onun sözlərinə görə, məhz şəhidlərimizin, qazilərimizin sayəsində torpaqlarımız işğaldan azad edilib.

Füzuli sakini deyib ki, Ali Baş Komandanımıza torpaqlarımızın azad edilməsi, bizim orada yaşamağımıza şərait yaratdığı üçün minnətdarlığımızı bildiririk.

“Bu gün biz çox sevinirik ki, doğma torpaqlarımıza geri dönürük. 65 yaşımda oğlum, gəlinim, nəvələrimlə doğma Füzuliyə qayıdıram”, - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Füzuliyə 39 ailə - 172 nəfər yola salınıb. Bununla da Füzuli şəhərində 705 ailənin, yəni 2689 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti