...

Ödənilən ünvanlı dövlət sosial yardımın məbləği artıb

Cəmiyyət Materials 6 İyun 2024 10:20 (UTC +04:00)
Ödənilən ünvanlı dövlət sosial yardımın məbləği artıb
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin may ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği 5,1% artıb.

Dövlət Sosial Müdafiə Fondundan Trend-ə verilən xəbərə görə, beləliklə, ötən ilin may ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 453,1 manat idisə, 2024-cü ilin müvafiq dövründə bu məbləğ artaraq 476,1 manat təşkil edib.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 40,1% artıb.

Beləliklə, 2021-ci ilin müvafiq dövründə orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 279,9 manat idisə, 2022-ci ilin dekabrında bu məbləğ artaraq, 392,2 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti