...

Yeni tədris ili üçün 109 minə yaxın uşaq məktəb və müəllimini müəyyən edib

Cəmiyyət Materials 6 İyun 2024 11:13 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Birinci sinfə qəbulda 109 minə yaxın uşaq artıq məktəbini və müəllimini seçib.

Trend xəbər verir ki, bu barədə bu gün Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin sədri Eşqi Bağırov media üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Azərbaycan bölməsi üzrə bu rəqəm ümumi uşaqların 83 faizini təşkil edir.

"İyunun 12-dən etibarən tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi mümkün olacaq. Burada ilk olaraq prioritet bölmələr seçim edəcək. 11 minə yaxın uşaq bu prosesdə iştirak edəcək",- deyə o bildirib.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna mayın 4-dən start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır və qeydiyyat sentyabrın 14-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti