...

Direktorun müəllimlərdən pul tələb etdiyi iddia olunan uşaq bağçası nəzarətə götürülüb

Cəmiyyət Materials 7 İyun 2024 16:38 (UTC +04:00)
Direktorun müəllimlərdən pul tələb etdiyi iddia olunan uşaq bağçası nəzarətə götürülüb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış məlum səs yazısı ilə əlaqədar “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini pozduğu üçün adıçəkilən şəxsə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilib.

Bu barədə Trend-ə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

"Eləcə də Xırdalan 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb", - deyə əlavə edilib.

Xatırladaq ki, F.Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazısında müəllimlərdən pul tələb etdiyi iddia olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti