...

Bakıda Əjdərbəy məscidində bayram namazı qılınıb

Cəmiyyət Materials 16 İyun 2024 08:16 (UTC +04:00)
Bakıda Əjdərbəy məscidində bayram namazı qılınıb

Bakı. Trend:

Bakıda Əjdərbəy məscidində Qurban Bayramının namazı qılınıb.

Trend xəbər verir ki, ibadətdə sakinlər, Azərbaycanda yaşayan əcnəbilər və bir sıra din xadimləri iştirak ediblər.

Namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti hacı Salman Musayevin rəhbərliyi ilə qılınıb.

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd olunur.

Xəbər lenti

Xəbər lenti