...

ABŞ-nin Azərbaycandakı bir çox layihələrinin təkanverici qüvvəsi ingilis dili təhsilidir - Hugo Gevara

Cəmiyyət Materials 28 İyun 2024 11:46 (UTC +04:00)
ABŞ-nin Azərbaycandakı bir çox layihələrinin təkanverici qüvvəsi ingilis dili təhsilidir - Hugo Gevara
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Azərbaycandakı bir çox layihələrinin təkanverici qüvvəsi ingilis dili təhsilidir.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hugo Gevara orta məktəblərdə azərbaycanlı ingilis dili müəllimləri üçün konfransın açılışında deyib.

"Geniş ingilis dili biliyi sayəsində daha çox tələbə ölkə iqtisadiyyatının şaxələndirilməsində iştirak edə və daha yüksək səviyyədə digər mütəxəssislərlə qarşılıqlı fəaliyyət göstərə biləcək. Beləliklə, ingilis dili biliklərinin artırılmasına kömək etmək Azərbaycanda həyata keçirdiyimiz bir çox layihələrin əsas təkanverici qüvvəsidir", - o deyib.

Gevara vurğulayıb ki, artıq Şimali Karolina Dövlət Universiteti tərəfindən həyata keçirilən və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən azərbaycanlı müəllimlər üçün onlayn magistr səviyyəsində ingilis dili tədrisi üzrə onlayn sertifikatlaşdırma proqramının dördüncü ilidir.

O qeyd edib ki, bu il magistratura pilləsində proqram üzrə təlimi 92 nəfər uğurla bitirib. Ümumilikdə (2020-ci ildən proqram fəaliyyətə başlayandan) 350 azərbaycanlı ingilis dili müəllimi magistratura səviyyəsində bu mürəkkəb virtual təlim proqramını uğurla başa vurub.

Qeyd edək ki, konfrans Şimali Karolina Dövlət Universiteti tərəfindən həyata keçirilən və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən Azərbaycan müəllimləri üçün magistratura səviyyəsində ingilis dilinin tədrisi üzrə 18 həftəlik onlayn sertifikat proqramının kulminasiya nöqtəsidir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti