...

İtkin düşmüş şəxslərlə bağlı konfransın iştirakçıları Ağdərədə minatəmizləmə prosesini izləyiblər (VİDEO)

Cəmiyyət Materials 3 Oktyabr 2024 14:26 (UTC +04:00)
İtkin düşmüş şəxslərlə bağlı konfransın iştirakçıları Ağdərədə minatəmizləmə prosesini izləyiblər (VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdərə. Trend:

“İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusundakı beynəlxalq konfransın iştirakçıları Ağdərədə minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Trend xəbər verir ki, səfər iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən aparılan minatəmizləmə işləri barədə məlumat verilib.

Eyni zamanda, iştirakçılara otuz ilə yaxın işğal müddətində qadınlar və uşaqlar da daxil olmaqla minlərlə şəxsin mina qurbanına çevrildiyi bildirilib, basdırılmış minaların regionda həyata keçirilən tikinti və bərpa prosesinə, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışına maneə yaratdığı diqqətə çatdırılıb.

Qeyd edək ki, oktyabrın 2-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusunda növbəti beynəlxalq konfrans təşkil olunub.

Xəbər lenti

Xəbər lenti