...

Bu il 40 min şəxsə əlillik təyin olunub - Sahil Babayev

Cəmiyyət Materials 19 Noyabr 2024 13:42 (UTC +04:00)
Bu il 40 min şəxsə əlillik təyin olunub - Sahil Babayev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu il artıq 40 min şəxsə əlillik təyin olunub. Bunun yarısı ilkin əlillikdir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, reabilitasiya təyin olunan xəstələrdə əlillik müddətli təyin olunur:

"Müddət bitəndə vətəndaşlar yenidən müraciət etməlidir. Vətəndaşlar yerlərdə tibb müəssisələrinə müraciət edirlər. Tibb müəssisələri analizlər götürür, uyğun bilirsə, ona forma verir. Uyğun bilmirsə, vermir, yəni imtinanı tibb müəssisələri verir. Yerlərdə bizim nazirliyimiz əlilliklə bağlı qiymətləndirmə aparmır.
Qanunla nəzərdə tutulmayan halda heç kimə əlillik təyin edilmir. Kimin haqqıdırsa, ona da əlillik təyinatı aparılır. 207 mindən çox saxta əlillik təyinatı ilə bağlı dövlət vəsaitini mənimsəmək faktının qarşısı alınıb”.

Nazir qeyd edib ki, özünüməşğulluq proqramı son altı il ərzində 5 dəfə artırılıb.

“Hər il 15-16 min ailəni bu proqram əhatə edir. Onun da yarısı İşsizlikdən Sığorta Fondu, yarısı da Dünya Bankının maliyyəsi hesabına maliyyələşir. Növbəti il üçün 100 min ailənin özünüməşğulluq proqramına cəlbi nəzərdə tutulur. Bundan başqa, 16 min şəhid ailəsinə mənzil, 7 mindən çox müharibə əlillərinə isə avtomobil təqdim olunub”, - nazir əlavə edib.

Peşə hazırlığı məsələsinə toxunan Sahil Babayev vurğulayıb ki, keçən il 9 min müdavim, bu il isə 15 min müdavim peşə hazırlığına cəlb olunub: “İxtisaslı peşə və sərişətli şəxslərin əmək bazarına cəlb olunması əsas məqsəddir. Biliyi olmayan və tələblərə cavab verməyən çoxlu sayda insan əmək bazarına daxil olur və onların təkrar biliyə yiyələnməsi üçün lazımi addımlar atılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti