...

Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə cərimələr artırıldı

Cəmiyyət Materials 13 Dekabr 2024 16:10 (UTC +04:00)
Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə cərimələr artırıldı
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimələr artırılıb.

Trend xəbər verir ki, bu haqda Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər isə 4 000 manat məbləğində cərimə ediləcək.

Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 1 000 manat məbləğində, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunacaq, hüquqi şəxslər isə 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə ediləcək.

Bundan başqa, məişət tullantılarının buna cavabdeh şəxslər tərəfindən vaxtında xüsusi ayrılmış ərazilərə daşınmamasına görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti